“Moskva Qarabağda atəşkəsin pozulmaması üçün əlindən gələni edir”

23 Oktyabr 16:10 Problem 103
“Moskva Qarabağda atəşkəsin pozulmaması üçün əlindən gələni edir”

"Moskva Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün əlindən gələni edir”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son insidentlər oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı müzakirə edilib”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Baş Qərargahlar, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 03:00 AFFA-nın yeni qərarları
27 Noyabr 02:30 Koronavirusun yeni ştamı
27 Noyabr 01:10 4 cavabsız qol - VİDEO