Berdıyevin “Qarabağ” narahatlığı - Nə planlar cızır?

21 Oktyabr 2021 19:20 Problem 547
Berdıyevin “Qarabağ” narahatlığı - Nə planlar cızır?

Konfrans Liqasın qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kayrat”ın təxmini “11-liy”i müəyyənləşib.

Sportinfo.az-ın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, baş məşqçi Kurban Berdıyev 5-li müdafiə xəttinə güvənəcək.

Alternativsiz qapıçı Stas Pokatilovun önündə Nurali Alip, Rade Duqaliç və Maki Banyak üç mərkəz müdafiəçisi kimi çıxış edəcək.

Yan Voroqovski sol, Dino Mikanoviç isə sağ cinahda həm müdafiəçi, həm də yarımmüdafiəçi funksiyasını icra edəcək.

Denis Polyakov müdafiəçilərin önündə “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışacaq.

Onun önündə Rikardo Alveşlə Neboyşa Kosoviçin iştirakı gözlənilir. Ancaq Aybol Abiken və Quljiqit Alıkulov da orta sahədə oynamağa hazırdırlar.

Kurban Berdıyevi ən çox narahat edən mövqe hücumdur. Çünki Vaqner Lav və Artur Şuşenaçev zədəsini tam sağaltmayıb.

Onların matçda iştirakı sual altındadır. Bu səbəbdən çalışdırıcının ön xətdə Joze Kante və Joao Pauloya etibar etməsi istisna deyil.

Baş məşqçi 5-3-2 deyil, 5-4-1-ə üstünlük versə, o zaman hücumçulardan biri ehtiyatda oturacaq, əvəzində yarımmüdafiə xəttinə yuxarıda sadalanan oyunçulardan biri əlavə olunacaq.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti