"Davam etmək istəmədim və mənə uyğun təklif də gəlmədi" - Başıbəlalı Samir

28 Sentyabr 2021 00:14 Problem 963
"Davam etmək istəmədim və mənə uyğun təklif də gəlmədi" - Başıbəlalı Samir

Futbolçu karyerasını bitirən Samir Nəsri açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı keçmiş yarımmüdafiəçi karyerasını bitirməsiylə bağlı bunları söyləyib:

“2018-ci ildə yaşanan hadisələr mənə təsir etdi. Futboldan diskvalifikasiya olunmuşdum. Haqsız qərar idi. Dopinq qəbul etməmişəm. Xəstə olan zaman mənə vurulan bir vitaminin təsiri idi.

Ancaq hər şey düşündüyüm kimi olmadı. Artıq fasilə vermişdim. Ondan sonra işlər planlaşdırdığım kimi getmədi. Davam etmək istəmədim və mənə uyğun təklif də gəlmədi”.

Samir Nəsrinin son klubu Belçika “Anderlext”i olub. O, əvvəllər Fransanın “Marsel”, İngiltərənin “Arsenal”, “Mançester Siti” və “Vest Hem”, İspaniyanın “Sevilya”, Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.

Nəsrinin qanında dopinq aşkarlanıb. O, 2018-ci ildə antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.

Keçmiş futbolçu 2018-2019-cu illərdə futboldan kənarda qalıb, 2019-cu ilin yanvarında isə “Vest Hem”lə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti