UEFA-nın cəzalandırdığı futbolçu Azərbaycan millisi ilə oyuna çağırıldı

25 Sentyabr 2021 11:00 Problem 933
UEFA-nın cəzalandırdığı futbolçu Azərbaycan millisi ilə oyuna çağırıldı

21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinə Azərbaycan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün cəzalı futbolçu çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu, Xorvatiyaya evdə 0:2 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuş Anssi Suhonendir.

UEFA-nın 20 yaşlı yarımmüdafiəçiyə 1 və 2 oyunluq cəza verəcəyi hələlik bəlli deyil.

Oktyabrın 8-də Azərbaycanın qonağı olacaq Finlandiya yığması 4 gün sonra Avstriyanı qəbul edəcək. İlk matçı buraxacağı dəqiqləşən Anssi Suhonenin ikinci matçda iştirakı isə sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...