Mahir və yoldaşlarına təhqiramiz cavab verdilər - FOTO

15 Sentyabr 2021 16:20 Problem 883
Mahir və yoldaşlarına təhqiramiz cavab verdilər - FOTO

"Spartak" azarkeşləri "Legiya"nın Moskvada media lövhəsi yerləşdirməsinə cavab verib.

Sportinfo.az xəbər verir ki, fanatlar lövhənin önünə təhqiramiz pankart yerləşdirib.

Varşava təmsilçisi görüşdən əvvəl azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı fotonu "Moskva, geri qayıtdıq" yazısı ilə şəhərin mərkəzində göstərib.

Buna cavab olaraq, "Spartak" fanatları Polşada məşhur söyüş sayılan banneri asıblar.

Bu gün "Spartak" və "Legiya" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyunu Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Moskva klubu 2011-ci ildə evdə Avropa Liqasının oyununda "Legiya"ya 2:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti