"Neftçi"ni ümidləndirəcək xəbər - "Olimpiakos"da "problem dalğası"

23 İyul 2021 12:40 Problem 2 345
"Neftçi"ni ümidləndirəcək xəbər - "Olimpiakos"da "problem dalğası"

"Olimpiakos" Bakıda "Neftçi"yə qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından əvvəl ciddi problemlərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, Afina təmsilçisinin baş məşqçisi Pedro Martins 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra karyerasında ən çətin 72 saat yaşadığını söyləyib.

Yussef əl-Ərabi, Sokratis Papastatopulos və Yussuf əl-Ərəbi qarşılaşmadan bir neçə saat əvvəl sıradan çıxıb.

Kapitan Andreas Buxalakis "Neftçi" ilə oyunun 17-də dəqiqəsində zədələnib, Məhəmməd Kamara isə 43-cü dəqiqədə Namik Ələskərova qarşı kobud oynadığı üçün meydandan qovulub.

"Olimpiakos"un heyətində Əl-Ərabi matçdan əvvəl koronavirusa yoluxub, Papastatopulos isə onunla təmasda olduğunda karantinə alınıb.

Papastatopulosun Bakıdakı matçda meydanda olması üçün testi neqativ çıxmalıdır.

İyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" matçı saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi