Deputat "Şəmkir" üçün haray çəkdi: "Niyə belə olub, kim edib bu vəhşiliyi?" - FOTOLAR

19 İyul 2021 14:40 Problem 1 178
Deputat "Şəmkir" üçün haray çəkdi: "Niyə belə olub, kim edib bu vəhşiliyi?" - FOTOLAR

“Azərbaycan futbolunu Şəmkirsiz təsəvvür etmək çətindir. Bu gün Şəmkir şəhər stadionun vəziyyəti ilə yerində tanış oldum.”

Sportinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Nurlan Həsənov "feysbuk" səhifəsində yazıb.

“Uşaq vaxtı o stadionda dəfələrlə "Şəmkir" futbol komandasının oyunlarına baxmışam. Avrokuboklarda ilk dəfə mərhələ adlayan Azərbaycan komandasının adı "Şəmkir"dir!

İndi isə hər şey məhv olub. Niyə belə olub, kim edib bu vəhşiliyi?

Kimlərin, hansısa yerli və ya digər məmurların maraqları üst-üstə düşməyib deyə böyük bir şəhərin futbol həyatını, futbola olan marağını bitirmək qəbuledilməzdir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bu məsələyə biganə yanaşmamalıdır” - N. Həsənov paylaşımında qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti