Ermənistandakı seçkilərin Qarabağa təsiri olacaq?

22 İyun 2021 02:52 Problem 808
Ermənistandakı seçkilərin Qarabağa təsiri olacaq?

“Ermənistandakı parlament seçkiləri nəticələrinin Dağlıq Qarabağdakı vəziyyətə təsirindən danışmaq hələ ki, tezdir”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransında bildirib.

“Seçkilər yenicə baş tutub. Bu nəticələrin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil, gəlin hökumət qurulana qədər gözləyək”, - deyə Lavrov sözlərinə əlavə edib.

Ermənistan MSK-nın məlumaına görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.

O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.

“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!