"Kəpəz" azarkeşlərindən növbəti etiraz addımı - FOTOLAR

6 May 2021 22:20 Problem 1 558
"Kəpəz" azarkeşlərindən növbəti etiraz addımı - FOTOLAR

"Kəpəz"in timsalında Gəncə futbolunun hazırkı durumu yerli azarkeşləri haqlı olaraq narahat edir.

Artıq neçə müddətdir Gəncə azarkeşlərinin etirazı səngimir.

Azarkeşlər böyük futbolun Gəncədə istənilən səviyyədə olması yolunda bütün mümkün variantlarla mübarizə aparırlar. "Kəpəz"ə maliyyə ayıran, baş məşqçi təyin edən, bir sözlə, kluba birbaşa nəzarət edən AFFA isə bu narazılıqları görməzdən gəlir.

Edilən cəhdlərin boşa çıxması isə həqiqi "Kəpəz" sevərləri əsla bu mübarizədən soyutmur. Fanatlar indi də təkliflər paketi hazırlayaraq AFFA, Azərbaycan Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar.

Sportinfo.az-a 50-yə yaxın azarkeşin imzaladığı müraciətin əks olunduğu sənədlərin şəkillərini sizə təqdim edir. Bəlkə bundan sonra gəncəli futbolsevərlərin harayına çatan olar...

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı