"O, Azərbaycana Dağlıq Qarabağın yarısını vermək istəyirdi” - Paşinyan

6 May 13:50 Problem 8 896
"O, Azərbaycana Dağlıq Qarabağın yarısını vermək istəyirdi” - Paşinyan

“Serj Sarqsyan vaxtilə Dağlıq Qarabağ ərazisini yarısına qədər Azərbaycana güzəştə getməyə hazır idi”.

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deputat Tiqran Urihanyanın sualına cavabında deyib.

Paşinyan Sarqsyanın 2016-cı ilin noyabrında “Rusiya bu gün” agentliyinə müsahibəsini xatırladıb:

“Sarqsyan deyirdi ki, 7 rayonu Azərbaycana qaytarmağa hazırdırlar. Ancaq Azərbaycan daha çox tələb edirdi. Sarqsyan deyirdi ki, hər dəfə Azərbaycan yeni tələblər irəli sürürdü.

Mən sizə daha artığını deyəcəyəm – Serj Sarqsyan Azərbaycana daha çox, hətta Qarabağın yarısına qədərini verirdi, amma Azərbaycan "yox" dedi”.

N.Paşinyan keçmiş prezidentlər Rober Koçaryanla Serj Sarqsyanı “satqın” adlandırıb:

“Robert Koçaryan və Serj Sarqsyan, siz vətən xainlərisiniz! Biz sizin xəyanətinizə qarşı mübarizə apardıq. Siz müharibə vaxtı da satqınlığınıza davam etdiniz”.

Paşinyanın sözlərinə görə, keçmiş səlahiyyətlilər ermənilərə genetik səviyyədə müharibə qorxusu aşılayıblar. O, Sarqsyanın “pis danışıqlar həmişə yaxşı müharibədən daha yaxşıdır” sözlərini xatırladıb.

Paşinyan Koçaryanla Sarqsyanı ordunu müharibəyə hazırlamamaqda ittiham edib. Koçaryanı isə 1998-ci ildə “Qarabağı danışıqlar prosesindən kənara çıxarmaqda” günahlandırıb.

Paşinyanın fikrincə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları çıxılmaz vəziyyətə gətirən məhz əvvəlki hakimiyyət olub və bu da Azərbaycanla müharibəni qaçılmaz edib.

Digər Xəbərlər
Xəbər Lenti