UEFA əlini stola çırpdı – AVRO-2020-nin oyunları bu ölkədə keçirilməyəcək

22 Aprel 2021 00:42 Problem 2 101
UEFA əlini stola çırpdı – AVRO-2020-nin oyunları bu ölkədə keçirilməyəcək

Sportinfo.az xəbər verir ki, İspaniyanın Bilbao şəhərinin rəhbərliyi Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina edib.

Bilbao şəhər şurasının rəsmi saytında yer alan xəbərdə deyilir ki, UEFA İspaniya şəhərini Avropa çempionatına ev sahibliyi edən şəhərlər siyahısından birtərəfli qaydada çıxarıb:

“UEFA bu gün bizə rəsmi olaraq San-Mames stadionunun Avro-2020 oyunlarının keçiriləcəyi stadionları siyahısından çıxarılması barədə qərarın qəbul edildiyi barədə məlumat verib” - deyə, şəhər şurasının bəyanatında deyilir.

Avropa çempionatına ev sahibliyi edən şəhərlərlə bağlı son qərarı cümə günü (23 aprel - Red) Avropa Futbol Assosiasiyaları Birliyi verəcək.

Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər. Münhen və Dublinin iştirakı sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti