Millinin qapıları üzlərinə bağlandı: "Qadağa qoyulacaq"

21 Aprel 2021 02:24 Problem 1 064
Millinin qapıları üzlərinə bağlandı: "Qadağa qoyulacaq"

Superliqa komandalarında çıxış edən futbolçular öz ölkəsinin millisində oynaya bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin təsdiqləyib.

Avropanın 12 aparıcı klubu FİFA və UEFA-ya zidd olaraq qapalı Superliqa yaratdıqlarını açıqlayıb. O, qurumun bugünkü Konqresində belə qadağanın qüvvəyə minəcəyini açıqlayıb:

“FİFA və altı konfederasiyasının öncədən açıqladığı kimi qapalı liqanın komandalarında oynayan futbolçuların dünya və Avropa çempionatında çıxış etməsinə qadağa qoyulacaq. Onlar öz yığmalarını heç bir beynəlxalq matçda təmsil edə bilməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM