Yeni virus mutasiyası daha ölümcül ola bilər – QORXUNC PROQNOZ

23 Yanvar 2021 22:30 Problem 968
Yeni virus mutasiyası daha ölümcül ola bilər – QORXUNC PROQNOZ

İngiltərənin baş naziri Boris Conson, ölkədə aşkarlanan virus mutasiyasının ölümcül ola biləcəyinə dair daha çox araşdırma tələb edən tapıntıların olduğunu söyləyib.

Sportinfo.az xəbər verir ki, hökumətə yeni virus təhdidlərinə qarşı tövsiyə verən bir qurumun təqdimatında açıqlanan məlumatlar fərqli elm adamları tərəfindən qiymətləndirilib.

Əldə olunan məlumatlar hələ ilkin qiymətləndirmə mərhələsindədir.

Mutasiya üzərində aparılan tədqiqatlar bu növün daha sürətli ötürülmə xüsusiyyətinə malik olduğunu aşkar edib. Virus mutasiyası ilk dəfə İngiltərənin cənub-şərqindəki Kentdə sentyabr ayında təsbit edilib. O vaxtdan bəri, 50-dən çox ölkəyə yayılaraq ada boyu dominant növə çevrilib.

Koronavirusla bağlı keçirilən mətbuat konfransında mövzu ilə əlaqədar bir açıqlama verən baş nazir Conson bildirib ki, "daha sürətli yayılmaqla yanaşı, bəzi dəlillər virus mutasiyasının daha ölümcül ola biləcəyini göstərir."

Conson deyib ki, ölkənin səhiyyə sistemindəki böyük gərginlik əsasən yeni mutasiya ilə bağlıdır.

Yeni mutasiyanı əvvəlki məlumatlarla riyazi olaraq müqayisə edərək əldə edilən məlumatlara görə, yeni mutasiyanın yüzdə 30 faizi daha ölümcül olduğu qiymətləndirilib.

Hökümətin elm üzrə baş məsləhətçisi Sir Patrik Valanse isə deyib ki, mutasiyanın daha ölümcül olduğuna dair məlumatlar "hələ kifayət qədər güclü deyil”.

Epidemiya tendensiyasında əldə edilən məlumatlara görə, 60 yaşındakı 1000 xəstədə 10 ölümün baş verdiyi təxmin edilib. Bununla birlikdə, bu sayın yeni mutasiya ilə 13-ə qədər arta biləcəyi qiymətləndirilir.

Hökümət rəsmiləri, yeni mutasiya ilə əlaqəli məlumatlarda fərqli qiymətləndirmələrin aparılmasının vacibliyini də vurğulayırlar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu