“Neftçi”nin işi Qəbələdə Rəvan gedəcək

20 Noyabr 2020 23:40 Premyerliqa 505
“Neftçi”nin işi Qəbələdə Rəvan gedəcək

Azərbaycan Premyer Liqasında X turun oyunları üçün növbəti təyinatlar açıqlanıb.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, FIFA referisi Əliyar Ağayev "Zirə" - "Keşlə" qarşılaşmasını idarə edəcək.

Rəvan Həmzəzadə isə "Qəbələ" - "Neftçi" matçında iş başında olacaq.

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.

Xəbər Lenti