Bu adam hakimləri boğaza yığıb: "Kim ona yaxındır, qabağa çəkir"

27 Oktyabr 2020 09:28 Premyerliqa 1 044
Bu adam hakimləri boğaza yığıb: "Kim ona yaxındır, qabağa çəkir"

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik növbəti dəfə hakimlərlə problem yaşayıb.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqaya təyinat alan «fit sahibləri»nindən bir neçəsi avstriyalı funksionerdən federasiya rəsmilərinə şikayət edib.

Onlar komitə sədrinin ayrı-seçkilik hallarına yol verməsindən narazılığını bildirib. Ədalət təmsilçiləri deyib ki, Stuxlik təcrübə və praktikaya önəmsiz yanaşır, o, metodikaya üstünlük verir:

«Kim ona yaxındır, qabağa çəkir. Futboldan bixəbər gənclər qaydaları əzbərləyib gəlir, ingilis dilində üç-beş kəlmə danışır, Stuxlik onları bəyənir.

Bizə ancaq nəzəriyyədən, qaydalardan danışır, səhvləri izah etmir, heç nə öyrətmir.

Məşqçilər səhvlərimizi deyir, o isə yox. Sonra özümüz də utanırıq. Belə inkişaf edə bilməyəcəyik. Xaqani Məmmədovun vaxtında bundan yaxşı idi».

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"