“Neftçi” və “Qarabağ”dan yox, “Sumqayıt“dan qazanmaq olar

11 Sentyabr 2020 16:56 Premyerliqa 667
“Neftçi” və “Qarabağ”dan yox, “Sumqayıt“dan qazanmaq olar

Premyer Liqanın II turu çərçivəsində bu gün keçiriləcək oyunların əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları “Neftçi” – “Sumqayıt” və “Keşlə” – “Qarabağ” matçlarında favoritləri müəyyənləşdirib.

“Bakcell Arena”da baş tutacaq qarşılaşmada “Neftçi”nin qələbəsi 1,39, “Sumqayıt”ın qalib gəlməsi 7,00 əmsaldır. Matçda heç-heçəyə 4,64 əmsal verilib.

“ASK Arena”da isə qonaqlar şanslıdır. “Keşlə”nin qələbəsi 4,74, “Qarabağ”ın üç xal əldə etməsi 1,66 əmsalla dəyərləndirilir. Bu görüşdəki heç-heçə 3,70-ə bərabərdir.

“Neftçi” – “Sumqayıt” oyunu 19:00-da, “Keşlə” – “Qarabağ” qarşılaşması 21:00-da başlayacaq.

Xəbər Lenti