Musayev gözaydınlığı verdi

12 Avqust 2020 19:30 Premyerliqa 1 306
Musayev gözaydınlığı verdi

“Futbol ictimaiyyətinə gözaydınlığı verirəm. Yeni mövsümə püşkatma mərasimi ilə başlayırıq”.

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi zamanı deyib.

O, çıxışı zamanı koronavirusla bağlı yaranmış problemlərdən bəhs edib və çempionatın Əsasnaməsində edilən dəyişikliklərdən bəhs edib:

“Ümid edirəm ki, bu dəfə çempionatımız sona qədər çəkər. Ötən mövsümün yarımçıq başa çatdırılması heç kimdən asılı deyildi. Çempionatda bəzi dəyişikliklər olacaq. Limitlə bağlı heç bir dəyişiklik yoxdur”.

Musayev avrokuboklarda iştirak edəcək klublarımıza diqqətli olmağı tövsiyə edib: “Mətbuatda yazılır ki, püşkatma komandalarımız üçün düşərli oldu. Təki düşərli olsun.

Amma futbolçularımız arxayınlaşmasınlar. Unutmasınlar ki, avrokuboklarda artıq Azərbaycan adını təmsil edəcəklər. Avropa arenasında zəif komanda olmur. Bütün klublarımıza uğurlar arzulayırıq və hamı kimi, biz də onlara azarkeşlik edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"