"Sabah”ın “Qol var idimi?” sualına cavab ver, 960 manat mükafat qazan! - VİDEO

28 Aprel 2019 13:59 Premyerliqa 1 515
"Sabah”ın “Qol var idimi?” sualına cavab ver, 960 manat mükafat qazan! - VİDEO

"Sabah" "Qol var idimi?" müsabiqəsi elan edir.

Sportinfo.az xəbər verir ki, mövzu Premyer Liqanın 26-cı turunda baş tutan "Keşlə" ilə oyunun 90+6-cı dəqiqəsində meydan sahiblərinin əleyhinə verilən qol qərarıdı.

Həmin epizodda top "Sabah"ın qapısına daxil olmuşdumu?

Təqdim etdiyimiz videonu izləyib, fikrini daha dolğun izah edən şəxsi 960 manat məbləğində mükafat gözləyir.

Bunun üçün "Sabah" FK ilə bağlılığı olmayan 3 mütəxəssisdən ibarət münsiflər heyəti yığılacaq.

Onların rəyi əsasında ən tutarlı fikir irəli sürən şəxs idman verilişlərindən birinə dəvət alacaq, fikrini mütəxəssislərə əsaslandıraraq mükafata sahib çıxacaq.

Müsabiqədə iştirak etmək istəyənlər bu linkə girib fikirlərini bildirə bilərlər.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!