“Neftçi”: Kiminlə və nə vaxt?

16 Avqust 23:45 Premyerliqa 158
“Neftçi”: Kiminlə və nə vaxt?

Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli məlum olub.

Sportinfo.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. Matçlar 22 və 23 avqust tarixlərində keçiriləcək.

Ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

22 avqust (şənbə)

“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30

“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45

23 avqust (bazar)

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30

Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!