PFL “Sabah” və “Qarabağ”ın çempionat oyunlarını təxirə saldı

22:30 Premyerliqa 219
PFL “Sabah” və “Qarabağ”ın çempionat oyunlarını təxirə saldı

Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 2-ci turunun “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.

Məlumatda bildirilir:

"Ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ”ın rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib".

Digər Xəbərlər
Xəbər Lenti