“Sabah” rayonda “yara” alsa da, iki əcnəbisi...

5 Fevral 08:30 Premyerliqa 676
“Sabah” rayonda “yara” alsa da, iki əcnəbisi...

Premyer Liqanın cari mövsümündə 250 qol səddi keçilib.

Sportinfo.az xəbər verir ki, yubiley topunu “Sabah”ın hücumçusu Pavol Safranko vurub.

21-ci turun “Kəpəz”lə ilk matçında 6-cı dəqiqədə penaltidən hesabı açan slovakiyalı hücumçu mövsümdə 250-ci qolun müəllifi olub.

Bu tura qədər ümumilikdə 249 qol qeydə alınmışdı. 21-ci turdan sonra isə bu say 257-yə çatıb.

Tovuzda baş tutan qarşılaşmada “Sabah”ın digər qoluna 45+4-cü dəqiqədə Cesse Sekidika imza atıb.

O isə cari mövsüm birinci hissələrdə vurulan ən gec qolun müəllifi olub. Buna qədər fasiləyə qədər ən gec qol 45+3-cü dəqiqədə vurulmuşdu.

“Sabah” səfərdə “Kəpəz”ə 2:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!