"İstəyirik ki, komandada hər kəs inkişaf etsin" - Ayxan Abbasov

8 Avqust 2022 19:50 Premyerliqa 577
"İstəyirik ki, komandada hər kəs inkişaf etsin" - Ayxan Abbasov

"Bu gün ən sevindiri məqam odur ki, Tovuza Premyer Liqa qayıtdı. Stadionda atmosfer möhtəşəm idi. "Qəbələ"nin ötən mövsüm yaxşı oyunlar göstərdiyini bilirdik. Daha hazırlıqlı, oturuşmuş heyətləri var. Çətin olacağı məlum idi. Bu il səbrli olub təməl qurmaq istəyirik. Heyətlə bağlı çatışmazlıqlar var. İstəyirik ki, heyəti tam komplektləşdirək. Oyun istədiyimiz kimi başladı. Təəssüf ki, qırmızı vərəqə bütün planlarımızı pozdu. İkinci hissədə penalti də futbolçulara psixoloji olaraq təsir etdi. Futbolçulara da dedim ki, ruhdan düşmək olmaz. Əlimizi yanımıza salmayacağıq. Komandanın potensialına inanıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 1-ci turunun "Qəbələ"yə qarşı keçirilən matçdan sonrakı mətbuat konfransında deyib.

Abbasov jurnalistlərin suallarını cavablandırıb.

- Transfer edilən legionerlərin səviyyəsi aşağı görünür. Keyfiyyətli legioner transfer etməyinizə nə mane olur?

- Bu gün oyunçu gətirməkdə çətinlik çəkirik. Piruzinin qırmızı alması planlarımızı pozdu. Bu gün Natan Oduva da oynaya bilmədi. Hücumda ona güvənmək istəyirdik. Legionerlərə vaxt lazımdır. İstəyirik ki, komandada hər kəs inkişaf etsin. Yerli oyunçularımız çoxdur. Gənclərə də şans verəcəyik.

- Transferlərin davamı gələcək?

- Legionerlərlə danışıq aparırıq. Bir hücumçu Tovuza gəlib. Sabah onunla müqavilə imzalayacağıq. Daha iki futbolçu ilə danışırıq. Büdcəmizə uyğun transfelər edəcəyik. Hücum, yarımmüdafiə və müdafiə üçün 3 oyunçu düşünürürk. Bununla da transferi bitirəcəyik. Bu gün kiməsə əsas oyunçu demək olmaz. İmedi Aşortiya əsasən cinahlarda yaxşı oynayır. Bu gün məcburiyyətdən hücumun mərkəzində oynatdıq.

- Yeni futbolçular gəldikdən sonra oyun sisteminiz dəyişə bilər?

- Xeyr. Biz eyni sistemi oturtmaq istəyirik. Həmin sistemə uyğun da transferlər edəcəyik. Biz yeni komandayıq. Oyundan-oyuna artıracağıq.

Digər Xəbərlər
Xəbər Lenti