"Turan Tovuz" daha bir transferini AÇIQLADI

30 İyun 2022 18:10 Premyerliqa 1 020
"Turan Tovuz" daha bir transferini AÇIQLADI

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" daha bir futbolçunun transferini açıqlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi "Qəbələ"dən ayrılan Ehtiram Şahverdiyevi heyətinə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Şahverdiyev "Qəbələ"dən başqa, "Sumqayıt"da da oynayıb.

Qeyd edək ki, bu, "Turan Tovuz"un 9-cu transferidir. Buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov, Veysəl Rzayev, Turan Vəlizadə və Eltun Turabovun da transferi açıqlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"