AFFA-dan Premyer Liqa ilə bağlı MÜHÜM QƏRAR - Növbəti mövsümdən etibarən…

4 Dekabr 2024 13:00 Premyerliqa 4 726
AFFA-dan Premyer Liqa ilə bağlı MÜHÜM QƏRAR - Növbəti mövsümdən etibarən…

AFFA Premyer Liqanın yeni mövsümü ilə əlaqəli mühüm qərar verməyə hazırlaşır.

Bu barədə federasiyadan redaksiyamıza bildirilib.

Qurumdan verilən məlumata görə, elitada legioner limitinin dəyişdirilməsi gündəmdədir. Dekabrın 14-də İcraiyyə Komitəsinin toplantısı keçiriləcək və limit də müzakirəyə çıxarılacaq məsələlər arasındadır.

Bir neçə ildir ki, çempionatda «7+4» tətbiq olunur. Gələn sezondan isə «8+3» limiti qüvvəyə minəcək.

Liqanın əksər klubları bu ideyanı dəstəkləyir. «Neftçi», «Sabah», «Zirə» və digərləri legionerlərə daha çox şans tanımağın tərəfdarı kimi çıxış edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!