"Neftçi"nin daşı çox ağırdı, onları saxlamaq üçün cəhdlərim oldu"

21 Noyabr 2020 16:00 Neftçi 891
"Neftçi"nin daşı çox ağırdı, onları saxlamaq üçün cəhdlərim oldu"

"Məncə, "Qarabağ"a 0:6 hesablı məğlubiyyətə faciədən başqa ad qoymaq, don geyindirmək mümkün deyil. Bu nəticəni heç birimiz gözləmiridk".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

"Ağ-qaralar"ın əvvəlki baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanovun istefası barədə danışan funksioner hər iki şəxsin komandanın tarixində iz qoyduğunu bildirib:

"Bu insanlarla klubda yaxşı işlər görmüşdük. Hər ikisinə təşəkkürümü bildirirəm. Onları saxlamaq üçün cəhdlərim oldu. Amma fikirlərində qəti idilər. Bu cür vidalaşmağı istəməzdik. Amma belə oldu. "Neftçi"nin daşı çox ağırdır".

İşlədiyi klublarda hər zaman idman direktoru və baş məşqçinin arxasında dayandığını söyləyən Quliyev tez-tez dəyişiklik tərəfdarı olmadığını vurğulayıb:

"Hər insana vaxt vermək lazımdır. Aramızdakı söhbətləri burada açıqlamaq istəmirəm. Amma şəxsi problemlər heç vaxt olmayıb.

Onlar klubda sabitliyi təmin edən şəxslərdən idilər. Sultanov burada çox iş görüb. Əlaqələrimiz davam edir, lazım olanda məsləhət alacağıq. Hər ikisi yaxşı mütəxəssisdir. Onları gələcəkdə uğurlar gözləyir, "Neftçi"də iz qoyan insanlardır".

"Neftçi" "Qarabağ"a 0:6 hesablı məğlubiyyətlə Azərbaycan Premyer Liqasının IX turunda üzləşib. Baş məşqçi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov həmin qarşılaşmadan sonra istefa veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu