"Neftçi"yə QİSMƏT olmadı

15 İyul 2020 12:44 Neftçi 1 472
"Neftçi"yə QİSMƏT olmadı

«Neftçi»nin «Qəbələ»dən heyətinə cəlb etmək istədiyi daha bir futbolçu ilə anlaşma baş tutmayıb.

Sportinfo.az-ın məlumatına görə, Qismət Alıyev bakılıların təklifini son anda geri çevirib.

Belə ki, yarımmüdafiəçi əsas heyət üzvü olacağına dair zəmanət ala bilmədiyindən, 3 illik müqaviləyə imza atmayıb.

Ondan fərqli, Klesio Bauk maliyyə şərtlərində bakılılarla ortaq məxrəcə gəlməyib. Bu mövsüm «Qəbələ»nin formasını geyinən legioner «ağ-qaralar»dan aylıq 15000 dollar istəyib.

«Qırmızı-qaralar»da maaşı 10 min dollar olan sabiq «İstanbulspor»lu maddi tələbini aşağı çəkmədiyindən, bakılılar ondan vaz keçib.

Digər Xəbərlər
Xəbər Lenti