"Neftçi" üçün Serbiyadan Azərbaycana gəlməyi lazım bildi

19:20 Neftçi 168
"Neftçi" üçün Serbiyadan Azərbaycana gəlməyi lazım bildi

Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç Bakıya gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə veteran futbolçu sportal.az-a məlumat verib.

O, “Neftçi”yə görə öz təşəbbüsü ilə Bakıya təşrif buyuracaq. Belə ki, Subaşiç “Neftçi”nin “Şəfa”ya qarşı keçirəcəyi çempionat matçını stadiondan canlı izləmək üçün bu addımı atıb.

"Neftçi” Misli Premyer Liqasının 4-cü turu çərçivəsində sabah “Şəfa” ilə qarşılaşacaq.

Subaşiç “Jeleznik”, “Ooestende”, “Çernomorets”, “Amkar” klublarında oynadıqdan sonra 2005-ci ildə “Neftçi”yə keçmiş və 3 il bu klubda çıxış etmişdi.

“Srvena Zvezda”, “Çançun Yatay”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Orduspor”, “Manisaspor”, OFK klublarıın formasını geyinmiş Subaşiç hazırda Monteneqroda yaşayır və bizneslə məşğuldur.

Digər Xəbərlər
Xəbər Lenti