Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriç karyerasını Latviyada davam etdirəcək.
32 yaşlı kiper artıq özünə yeni klub tapıb.
Piriç “Riqa” ilə anlaşıb.
“Riqa” ötən mövsüm Latviya çempionu olub. Hazırda komanda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Çempionlar Liqasının təsnifat mərhələsinin ilk raundunda mübarizəni dayandıran “Riqa” Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.
Piriç ötən mövsüm “Neftçi”nin heyətində bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxıb və 31 qol buraxıb. O, 10 matçda qapısını toxunulmaz saxlayıb.
Bosniyalı peşəkar karyerasına “Qradina”da başlayıb. Daha sonra Belçikada “Gent”ə keçib və əvəzedici heyətdə çıxış edib.
Qısa müddət sonra vətəninə qayıdıb və “Sloboda”nın (Tuzla) formasını geyinib. Ardınca “Zrinjski”yə transfer olunub.
“Zrinjski”dən sonra “Maribor”, “Atromitos”, “Göztəpə”, ”AEK Larnaka” və “Antalyaspor”da çıxış edib.
Ötən yay Azərbaycana gələrək “Neftçi” ilə müqavilə imzayıb və bugünlərdə həmin kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.
Bakılılar onunla yolları ayıra bilməkdən ötrü müəyən qədər təzminat ödəməyə razılaşıb.
Latviyada isə o, böyük miqdarda maaş almayacaq. Balkanlının aylıq məvacibi 15 min dollardan da aşağı olacaq.
SPORTİNFO.AZ
