"Neftçi" yeni gəlir mənbəyi fikirləşib tapdı – Hər ay pul gətirəcək

30 İyun 2020 10:52 Neftçi 1 535
"Neftçi" yeni gəlir mənbəyi fikirləşib tapdı – Hər ay pul gətirəcək

«Neftçi» koronavirus pandemiyası başa çatandan sonra yeni layihəni reallaşdırmağı qərara alıb.

Sportinfo.az-ın məlumaitına görə, söhbət klubun nəzdində kommersiya məqsədli futbol mərkəzinin açılmasından gedir.

Burada aşağı yaş qrupları üzrə bir neçə komanda yaradılacaq.

Ödənişə gəlincə, bu, yaş qrupundan asılı olaraq dəyişəcək. Yəni 150-100 manat civarında. Üstünlük əsasən SOCAR-da çalışan şəxslərin övladlarına veriləcək.

Bu layihəni gerçəkləşdirməyin 2 məqsədi var. Həm kluba əlavə vəsait qazandırmaq, həm də neft şirkətinin mənsubarını razı salmaq. Çünki SOCAR mənsubları tez-tez onları narahat edir, uşaqlarının akademiyaya götürülməsini istəyir.

Təbi ki, hamısını razı salmaq olmur. Nisbətən zəif təsir bağışlayan azyaşlılar pulsuz fəaliyyət göstərən akademiyaya düşmür. İndən belə bu kimi problemlər böyük ölçüdə aradan qalxmalıdır.

Kim istəyirsə, pulunu verib, uşağını yeni açılan məktəbə yazıdra bilər. Klub bu yolla aylıq 6000-10000 manat aralığında gəlir əldə etməyi proqnozlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti