Dabo "Neftçi"yə hörmətsizlik etdi, gizlicə müqavilə bağladı

29 May 2020 22:00 Neftçi 2 075
Dabo "Neftçi"yə hörmətsizlik etdi, gizlicə müqavilə bağladı

Baqali Dabo - «Neftçi» qarşudrması artıq özünün pik mərhələsindədir.

Sportinfo.az-ın məlumatına görə, fransalı hücumçu klub rəhbərliyini pis vəziyyətdə buraxıb.

Belə ki, yerli rəsmilərə heç bir xəbər vermədən «Apollon»la ilkin müqavilə bağlayıb. Onun vəkili vasitəsilə Kipr təmsilçisi ilə imzaladığı anlaşmanın müddəti 2 ildir.

Dabonun «Apollon»un maraq dairəsində olması haqda oxucularımıza hələ mayın 18-də məlumat vermişdik (https://www.sportinfo.az/idman_xeberleri/neftci/84296.html).

Və budur, 2018-ci ilin iyununda «Qəbələ»ni aldadaraq «Neftçi»yə üz tutan forvard son klubuna qarşı da eyni hərəkətə yol verərək, Kiprin yolunu tutub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”