“Qarabağ”la “Neftçi” kimə elçi düşüb? - VİDEOLAR

3 Aprel 2020 12:02 Neftçi 1 008
“Qarabağ”la “Neftçi” kimə elçi düşüb? - VİDEOLAR

Rumıniya millisinin futbolçusu Qabriel Torje karyerasını ölkəmizdə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 30 yarımmüdafiəçiyə Azərbaycan klubları elçi düşüb.

Rumıniyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında oynamaq təklifi aldığını özü açıqlayıb. O, iddialı klublarından birinin formasını geyinməyə hazır olduğunu bildirib.

Torje menecerinə “Qarabağ” və ya “Neftçi”də oynamağa hazır olduğunu da deyib. Mövsüm bərpa edildikdən sonra danışıqlara start veriləcək. Hazırda Yunanıstanda “Larissa”nın formasını geyinən Torjenin müqaviləsi iyunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"