"Neftçi" məsələsi bağlandı"

21 Mart 2020 22:20 Neftçi 1 089
"Neftçi" məsələsi bağlandı"

Sportinfo.az "Austria Klagenfurt" və Azərbaycan millsinin (U-21) yarımmüdafiəçisi Barış Ekincierin müsahibəsini təqdim edir:

- Koronavirus pnademiyası səbəbindən Avstriyada da çempionat dayandırılıb. Yaranmış vəziyyətə görə Almaniyaya - ailənizin yanına yollanmısınız?
- Xeyr. Mən hələ ki, qayıtmamışam. Avstryadayam.

- Özünüzü koronavirusdan necə qoruyursunuz?
- Əslində hamı kimi qorunuram. Evdə qalıram, çölə çıxmıram. Ən yaxşısı da budur.

- Koronavirusa görə panikaya düşmüşdünüz?
- Əslində panika var. Amma evdə qalsaq, heç nə olmayacaq. Ona görə də çölə çıxmamaq lazımdır.

- U-21 yığmasından komanda yoldaşlarınız olan, Türkiyədə çıxış edən komanda yoldaşlarınız Doğukan Öksüz, Hüseyin Seyliğli çempionatlarda oynamağa davam edirdi. Amma artıq orada da liqalar təxirə salındı. Onlarla danışırdınız?
- Bəli, Doğukan və Hüseyinlə əlaqə saxlayırdım. Artıq onlarda da çempionat təxirə salınıb. Hər halda, hamı özünü qorumalıdır.

- Mövsüm sonunda "Austria Klagenfurt"dan ayrılıb "Bohum"a dönməyi planlaşdırırdız. Planlarınızda yenilik yoxdur?
- "Bohum"a qayıdacam. Mövsüm başa çatsın Almaniyaya gedib, komandanın düşərgəsinə qoşulacam.

- Bir müddət əvvəl demişdiniz ki, "Neftçi"yə keçmək ehtimalınız var. Bu məsələ qüvvədədir, yoxsa artıq birdəfəlik bağlanıb?
- "Neftçi" məsələsi bağlanıb.

- U-21 yığmasından komanda yoldaşınız olan Ozan Can Kökçü Bakının "Sabah" klubunda çıxış edir. Onunla heç Azərbaycanda oynamaq haqda söhbətiniz olub?
- Düzünü desəm, yox. Onunla bu haqda danışmamışıq (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti