"Neftçi"nin prezidenti pul qazanmağın yeni yolunu tapdı

2 Dekabr 2019 21:15 Neftçi 1 348
"Neftçi"nin prezidenti pul qazanmağın yeni yolunu tapdı

"Neftçi"nin prezidenti Kamran Quliyev yeni layihəyə start verib. Sportinfo.az-a bu barədə məlumat paytaxt təmsilçisindən daxil olub.

Redaksiyamıza bildirilib ki, klubun nəzdində yeni mərkəz yaradılıb. Bu, bilavastə uşaq futbolu ilə bağlıdır və SOCAR, o cümlədən, neft şirkətinin törəmə müəssisələrində çalışan insanların övladları üçün nəzərdə tutulub.

Belə ki, "Neftçi"nin akademiyasına seçilə bilməyən uşaqlar bura götürüləcək. Təbii ki, pulsuz-parasız yox. Hər uşaq üçün aylıq məbləğ 150 manat olaraq müəyyənləşdirilib.

Layihənin tətbiqində bir məqsəd "Neftçi"nin maliyyə cəhətdən asılı olduğu SOCAR-ı özündən narazı salmamaqdısa, digər tərəfdən, klub pul qazanmaq fikrindədir. Kamran Quliyev bunun hesabına hər ay 6-12 min manat civarında gəlir əldə etməyi planlaşdırır.

Həmin vəsaitin toplanmasına və büdcəyə əlavə olunmasına nəzarət vitse-prezident Elnur Eyvazova tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti