Bakıda "Neftçi"yə qalib gəldilər, nadir olaya imza atdılar

01:20 Neftçi 89
Bakıda "Neftçi"yə qalib gəldilər, nadir olaya imza atdılar

Minsk "Dinamo"su avrokuboklarda Belarus futbolu adına nadir uğurlardan birinə imza atıb.

Sportinfo.az bu barədə Belarusun football.by saytına istinadən xəbər verir.

Komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.

Aleksandr Şaqoykonun baş məşqçisi olduğu kollektiv görüşün 2-ci və 8-ci dəqiqələrində iki top buraxaraq 0:2 hesabı ilə geriyə düşsə də, yekunda qələbə qazanmağı bacarıb.

Beləliklə, Minsk təmsilçisi avrokubok matçında ilk 10 dəqiqədə iki top geri düşməsinə baxmayaraq, qalib gələn ilk Belarus klubu olub.

Buna qədər Belarusun daha üç klubu avrokuboklarda ilk 10 dəqiqədə iki qol buraxmışdı.

Lakin "Dnepr" (Moqilyov) 1995-ci ildə "Kann"la 2:2 hesablı heç-heçə edib, "Minsk" 2013-cü ildə "Standard"a 1:3, BATE isə 2018-ci ildə "Çelsi"yə 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!