“Neftçi”nin baş məşqçisi bu ŞOK hadisədən sonra futbolçularına nə söyləyib?

14:00 Neftçi 224
“Neftçi”nin baş məşqçisi bu ŞOK hadisədən sonra futbolçularına nə söyləyib?

“Neftçi” Konfrans Liqasındakı mübarizəyə başladı.

“Ağ-qaralar” turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəldi.

Bakıdakı “8-ci kilometr” stadionunda keçirilən görüşə əvvəlcə "Neftçi" erkən qollarla başlasa da, sonradan 4 qol buraxaraq uduzdu.

Şok məğlubiyyət ev sahiblərinin düşərgəsində dərin hüznlə qarşılanıb. Yuri Veiniduö paltardəyişmə otağında nəzarəti ələ keçirmək üçün özünə bir qədər əziyyət verməli olub.

Baş məşqçi yenilginin üzüntüsünü yaşayan futbolçulardan sakit və təmkinli olmalarını istəyib.

Ukraynalı mütəxəssis qarşıdan cavab görüşünün gəlməsini xatırladıb, burada yol verdikləri səhvləri Minskdə təkrar etməyəcəkləri təqdirdə, revanş ala btləcəklərini söyləyib.

O, ad çəkməsə də, bəzi oyunçuların nəticəyə təsir göstərən xətalara yol verdiklərini vurğulayıb, uğursuzluğun səbəblərini hərtərəfli araşdıracaqlarını deyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti