"Neftçi" bal kimi başladığı oyunu özü zəhərə çevirdi
Bu nə başlanğıc idi, bu necə sonluq?
8-ci dəqiqədə 2:0 öndə olduğun oyunu necə əldən verə bilərsən axı?
Doğma meydan, güclü azarkeş dəstəyi və bu cür üstünlük...
Hər kəs böyük hesablı qələbə düşündüyü anda, "Neftçi"nin futbolçuları başqa hava çaldılar.
Qapıdan hücuma hər kəs səhvləri ipə düzdü.
"Dinamo" əlahiddə nəsə etmədi, "Neftçi" bütün qolları hədiyyə verdi.
Deyiləcək çox söz yoxdur.
Sadəcə ayıb olsun
"Neftçi" meydandan kənar hər şeydə "Dinamo"nu bir baş üstələyir.
Büdcə, heyət , keyfiyyət, stadion, azarkeş və.s.
Əsas olan isə meydandır. Son söz meydanda deyilir.
Və orada kabus yaşandı.
Əla toplanış üçün, yeni transferlər üçün xərclənən milyonlara, tribunaya cəm olana azarkeşlər heyif oldu.
Start heyətindən Klisman, əvəzetmələrdəj oyuna daxil olan Rüfət Abbasov xaric hər kəs papağını qarşısına qoyub ciddi-ciddi düşünməlidir.
Axı bu nə oyunu idi biz oynadıq?"Neftçi" bal kimi başladığı oyunu özü zəhərə çevirdi
Bu nə başlanğıc idi, bu necə sonluq?
8-ci dəqiqədə 2:0 öndə olduğun oyunu necə əldən verə bilərsən axı?
Doğma meydan, güclü azarkeş dəstəyi və bu cür üstünlük...
Hər kəs böyük hesablı qələbə düşündüyü anda, "Neftçi"nin futbolçuları başqa hava çaldılar.
Qapıdan hücuma hər kəs səhvləri ipə düzdü.
"Dinamo" əlahiddə nəsə etmədi, "Neftçi" bütün qolları hədiyyə verdi.
Deyiləcək çox söz yoxdur.
Sadəcə ayıb olsun
"Neftçi" meydandan kənar hər şeydə "Dinamo"nu bir baş üstələyir.
Büdcə, heyət , keyfiyyət, stadion, azarkeş və.s.
Əsas olan isə meydandır. Son söz meydanda deyilir.
Və orada kabus yaşandı.
Əla toplanış üçün, yeni transferlər üçün xərclənən milyonlara, tribunaya cəm olana azarkeşlər heyif oldu.
Start heyətindən Klisman, əvəzetmələrdəj oyuna daxil olan Rüfət Abbasov xaric hər kəs papağını qarşısına qoyub ciddi-ciddi düşünməlidir.
Axı bu nə oyunu idi biz oynadıq?
Nə səhvlər idi biz etdik?
Cavab tapıb, nəticəni dəyişməyə bir həftə vaxt var.
XANOĞLAN/ SPORTİNFO.AZ

