“Neftçi”yə uduzsaq, tam faciə deməzdim, amma çox pis olarıq”

00:50 Neftçi 141
“Neftçi”yə uduzsaq, tam faciə deməzdim, amma çox pis olarıq”

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minskin "Dinamo" klubu "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "Dinamo"nun baş məşqçisi Aleksandr Şaqoyko görüşdən sonra keçirilmiş mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:

- Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qalibiyyətə görə şadıq. Amma optimist qalmalıyıq. Bəli, üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qadırmağa çalışacağıq. İkinci oyunu gözləyəcəyik.

- Oyundan əvvəl "Neftçi"ni 4:2 hesabı ilə məğlub edəcəksiz desəydilər, buna inanardınız?

- Dörd qol vuracağımıza inanmaya bilərdim. Amma biz 7 dəqiqəyə iki qol buraxacağımızı da planlaşdırmırdıq. Lakin qələbəyə hazırlaşmışdıq. Bunu da etdik. Kiminlə oynayacağımızı bilirdik. Hər şey plan üzrə getdi.

- Cavab görüşü haqda nə düşünürsüz?

- Qeyri-adi optimizm yoxdur. Uşaqlar da bunu əla başa düşür. Super üstünlüyümüz yoxdur ki, artıq indidən növbəti mərhələ haqda danışaq. Öz imkanlarımızı bilirik, rəqibə də hörmətlə yanaşırıq. İki top fərqi ən təhlükəli top fərqidir. Çünki buraxdığınız bir qol hər şeyi bir anda sizə qarşı çevirə bilər. Çox ağır oyun olacaq. Ciddi hazırlaşacağıq. Başqa cür olmaz. Demişdim ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır.

- Bundan sonra "Neftçi" səddini keçə bilməsəniz, sizin üçün faciə hesab olunacaq?

- Bizim üçün istənilən məğlubiyyət faciədir. Biz qələbə üçün oynayırıq. Meydançaya uduzmaq üçün çıxmırıq. Uduzsaq, düzdür, tam faciə deməzdim, amma çox pis olarıq. Hər bir idmançı udmaq üçün oynayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!