“Neftçi”nin Minsk “Dinamo”suna qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq.
Ona yan xətlərdə Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.
2019-cu ildən Kiprdin yüksək dəstə oyunlarına təyinat alan Fellas ötən ildən etibarən FİFA hakimi statusunu daşıyır.
O, ötən 1 il ərzində 2 avrokubok matçına təyinat alıb ki, hər iki halda Konfrans Liqasının matçını idarə edib.
Milli komandalar səviyyəsində U-17 və U-21-lərin oyunlarında görünüb. Maraqlıdır ki, görüşlərin birində meydandakı komanda Azərbaycanın 21 yaşa qədər futbolçuları olub.
Ötən il sentyabrın 5-də Portuqaliyanın Barseluş şəhərində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya – Azərbaycan duelini məhz Konstantinos idarə edib.
Həmin vaxt Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk hissədə qapısından top buraxmasa da, ikinci yarıda portəgizlər Xəyal Ferzullayevi topu 5 dəfə tordan çıxarmağa məcbur etmişdi.
Kiprli referi millimizin 5, rəqibin 1 futbolçusuna sarı vərəqə göstərməklə yadda qalmışdı.
İyulun 22-də 8-ci kilometr stadionunda baş tutacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək.
Cavab görüşü iyulun 30-da keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

