“Neftçi” Venesuella millsinin oyunçusunun transfer hüquqlarını aldı

22 İyul 17:20 Neftçi 1 073
“Neftçi” Venesuella millsinin oyunçusunun transfer hüquqlarını aldı

“Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü.

27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.

"Neftçi" Varqasın transferini açıqladı

Digər Xəbərlər
Xəbər Lenti