“Neftçi” 2026/27-ci il mövsümündə Konfrans Liqasındakı mübarizəyə başlayır.
“Ağ-qaralar” turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gələcək.
Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.
Bakıdakı “8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
“Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib. Qitə arenasına dönüş münasibətilə klub rəhbərliyi hər futbolçuya 10 min manat mükafat ödəyib.
Paytaxt təmsilçisi “Dinamo“ səddini də aşarsa, təbii ki, maddi cəhətdən yenə qabağa düşəcək.
Əsas heyətdə meydana çıxacaq oyunçuların hər birini 12 min manat civarında “ənam“ gözləyir.
SPORTİNFO.AZ

