“Dinamo” 10 nəfər üçün “Neftçi”yə “ağız açdı” - SON XƏBƏR

16:00 Neftçi 295
“Dinamo” 10 nəfər üçün “Neftçi”yə “ağız açdı” - SON XƏBƏR

Bu gün diqqətlər 8-ci km stadionunda olacaq.

Avrokuboklardakı təmsilçimiz “Neftçi” mübarizəyə başlayır.

Paytaxt təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”sunu qəbul edəcək.

“Neftçi” azarkeşlərinin 90 dəqiqə boyunca sevimli komandalarına doğma meydan amilini hiss etdirəcəklərinə şübhə yoxdur.

Bir neçə gün əvvəl baş tutan məşqdə tribunalarda hansı ab-havanın yaşanacağına dair anonsunu verən fanatların matçın başlama saatını səbrsizliklə gözləyir.

Bəs, “Dinamo” azarkeşləri? Onlar da stadionda yer alacaq.

Sportinfo.az xəbər verir ki, Belarus təmsilçisinin rəsmiləri “Neftçi”dən qonaqlar üçün 10 biletin ayrılmasını xahiş edib.

Həmin şəxslərin qatı azarkeş, yoxsa Bakıda yaşayan və işləyən belaruslular olduğunu müəyyən etmək çətindir.

Hər halda oyun saatında bunu hiss edəcəyik.

Bu gün 8-ci km stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti