“Neftçi”yə buraxmaq istəmirdilər, sonda razılığa gələ bildilər, qayıtdı - FOTO

22 İyul 09:20 Neftçi 947
“Neftçi”yə buraxmaq istəmirdilər, sonda razılığa gələ bildilər, qayıtdı - FOTO

“Neftçi”nin İsrail klubu “Makkabi”nin (Netanya) futbolçusu Freddi Varqasla danışığı müsbət yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, Venesuela millisinin yarımmüdafiəçisi bakılıların düşərgəsinə qayıdıb.

O, müqavilə ilə məxsus olduğu klubun düşərgəsinə qayıtmışdı. “Makkabi” onu “Neftçi”yə buraxmaq istəmirdi. Lakin tərəflər razılığa gələ biliblər.

Anlaşmanın detalları bəlli deyil. Varqasın “Neftçi”yə qayıtdığını hələlik oyunçunun sosial şəbəkədəki paylaşımından bilirik. O, “Evimdəyəm” yazaraq Bakıdan paylaşım edib.

"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi

Digər Xəbərlər
Xəbər Lenti