"Dinamo"nun baş məşqçisi "Neftçi"yə mesaj verdi: "Növbəti mərhələyə adlamaq istəyirik"

00:40 Neftçi 102
"Dinamo"nun baş məşqçisi "Neftçi"yə mesaj verdi: "Növbəti mərhələyə adlamaq istəyirik"

"Başa düşürük ki, güclü rəqibə qarşı oynayacağıq.

"Neftçi" həqiqətən yaxşı, güclü komandadır.

Oyunun əhəmiyyətini də yaxşı dərk edirik. Matça ciddi yanaşırıq, görüşə də yaxşı hazırlaşmışıq.

Cütün taleyi 2 oyunda həll olunacaq. Bu cür oyunlar çox keçirmirik. "Neftçi"nin səviyyəsi yüksəkdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Dinamo"(Minsk) baş məşqçisi Aleksandr Şaqoyko görüşdən əvvəl keçirilmiş mətbuat konfransında deyib.

O, komandasının növbəti mərhələyə keçmək ehtimallarını da dəyərləndirib. Bununla yanaşı, belaruslu mütəxəssis növbəti mərhələyə adlamaq istədiklərini bildirib.

"Neftçi"ni rəqib kimi belə dəyərləndirib: "Neftçi" dediyim kimi, yaxşı komandadır.

Güclü heyətə malikdir. Üstəlik, baş məşqçiləri də təcrübəlidir. Kombinasiyalı futbol sərgiləyirlər.

Bir sözlə, "Neftçi" haqda təəssüratlarım yüksəkdir. Oyuna qədər şanslar hər zaman bərabərdir.

Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq. Məqsədimiz növbəti mərhələyə adlamaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2