“Neftçi”nin baş məşqçisi Yuri Vernidub əsas komandaya yeni analitik cəlb edib.
Nicat Musayev bundan sonra ukraynalı mütəxəssisə yardımçı olacaq.
24 yaşlı Musayev bu camiəyə kifayət qədər tanış şəxsin oğludur.
Atası Bəxtiyar Musayev uzun illər ağ-qara formanı geyinib, kapitan sarğısı daşıyıb və məşqçisi olub.
O, ötən ilin iyulundan bəri AFFA-nın Texniki departamentin Skautlar şöbəsində rəis vəzifəsini tutur.
Nicat Musayevin özünə gəlincə, «Neftçi»nin yetirməsidir. Aldığı zədə üzündən futbolçu karyerasını erkən başa vurub və 3 ildir paytaxt klubunun akdemiyasında fəaliyyət göstərir.
Hazırda əsas komanda ilə paralel olaraq, U-17-də Elvin Məmmədovun yardımçısı funksiyasını yerinə yetirir.
SPORTİNFO.AZ

