“Neftçi”nin qonaqları gecə 3-də Bakıya gələcək və...

20 İyul 20:40 Neftçi 492
“Neftçi”nin qonaqları gecə 3-də Bakıya gələcək və...

Avrokubok mübarizəsinə hazırlaşan “Neftçi”nin ilk rəqibi Minsk “Dinamo”sudur.

İlk mərhələdə “Sileks” (Şimali Makedoniya) səddini keçən belaruslular bu dəfə təmsilçimizlə qarşılaşacaq ki, ilk oyun Bakıda baş tutacaq.
“Dinamo”nun ölkəmizə səfər planı məlumdur.

Qonaqları gətirən çarter reysli təyyarə bu gecə saat 23:00-da Minskdən havaya qalxaraq Bakıya tərəf yön alacaq.

“Hava gəmisi”nin Gecə saat 3 radələrində Bakıya eniş etməsi nəzərdə tutulub.

Nümayəndə heyəti oyunun keçiriləcəyi 8-ci km stadionuna yaxın ərazidə yerləşən “Wyndham Garden” otelində məskunlaşacaq.

Ertəsi gün, yəni, iyulun 21-də “Dinamo”nun açıq məşqi, eləcə də baş məşqçi Aleksandr Şaqoykonun mətbuat konfransı baş tutacaq.

Yeri gəlmişkən,Belarusdan Azərbaycana azarkeş və jurnalistlərin gəlişi nəzərdə tutulub. Hər halda qarşı tərəfdən “Neftçi”yə bununla bağlı məlumat verilib.

İyulun 22-də 8-ci km stadionunda gerçəkləşəcək duelin start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!