«Neftçi»də analitik mərkəz yaradılıb.
Ora Valeri Mixaylenko rəhbər təyin edilib.
Ötən ilin dekabrında Yuri Vernidubun əsas köməkçisi ilə burada fəaliyyət göstərən ukraynalı bununla ikinci dəfə görəvləndirilib.
Ona xüsusi iş tapşırılıb. Komandanın və rəqiblərin futbolçuları barədə məlumatların toplanması, onların analizi bu qrup tərəfindən həyata keçiriləcək.
Həmçinin seleksiya fəaliyyəti ilə məşğul olacaqlar - adları transfer siyahısında yer alan oyunçular haqda araşdırma aparacaq, Verniduba raport təqdim edəcəklər.
Konfrans Liqasında mübarizə aparacaq "Neftçi" iyundan bəri 4 transfer çalışması reallaşdırıb.
Rüfət Abbasovu "Şamaxı"dan geri qaytaran bakılılar Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara", İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) ilə anlaşıb.
SPORTİNFO.AZ

