Bu gün saat 16:00-da Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin də potensial rəqibi dəqiqləşəcək.
Paytaxt təmsilçisi "Dinamo"(Minsk) səddini keçərsə, növbəti mərhələdə aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:
“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi.
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi.
“Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo) cütünün qalibi.
AEK (Kipr) – “Beytar” (İsrail) cütünün qalibi.
"Neftçi" - "Dinamo" matçı iyulun 22-də Bakıda keçiriləcək. Cavab matçı bir həftə sonra Bolqarıstanda baş tutacaq.

