Emin Mahmudov və “Neftçi” arasında ŞOK ANLAŞMA!

14:40 Neftçi 412
Emin Mahmudov və “Neftçi” arasında ŞOK ANLAŞMA!

Emin Mahmudov “Neftçi”yə böyük miqdarda güzəştə gedib.

2017/18-ci il mövsümündən paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi maliyyə şərtlərini xeyli yumşaldıb.

Moskva “Spartak“ının yetirməsi maddi istəklərini aşağı çəkdiyi üçün onunla müqavilə 1+1 il müddətinə uzadılıb.

Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

O, son üç sezon ərzində hər ay 65 min dollar (təqribən 110 min 500 manat) əməkhaqqı alıb. Bundan sonra isə maaşı 40 min manat olacaq.

Kapitan təsadüfən belə qərar verməyib. Başa düşüb ki, buradan getsə, heç bir klubdan bu qədər məvacib ala bilməyəcək.

“Neftçi“də isə Yuri Vernidub amili var. Ötən ilin dekabrında sükan arxasına keçən baş məşqçi ona öz dəstəyini nümayiş etdirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti