"Neftçi"nin transfer siyahısında yer alan ispan hücumçuya başqası da elçi düşdü

13:20 Neftçi 278
"Neftçi"nin transfer siyahısında yer alan ispan hücumçuya başqası da elçi düşdü

"Neftçi"nin transfer siyahısında yer alan Dani Qomezə bir çox klubdan təklif gəlib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “ağ-qaralar”ın istədiyi oyunçuya "Apollon"dan dəvət var.

İspan forvard hələ ki yekun qərarını verməyib. Lakin Limassol təmsilçisinin cəlbedici təklifi onun fikrini qətiləşdirə bilər.

Belə ki, “Anortosis” ona illik 800 min avroya yaxın maaş vəd edib. Konfrans Liqasında mübarizə aparacaq klub Qomezin keçidini həll etməyə çalışır.

Hazırda tərəflər arasında danışıqlar gedir. Hazırda azad agent statusu daşıyan 27 yaşlı hücumçu “Real”(Madrid), “Tenerife”, “Levante”, “Espanyol”, “Valensiya”, “Zaraqoza”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti