“Bu dövr mənim üçün uğurlu alındı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov deyib.
Son iki mövsümdə “Şamaxı”nın formasını geyinən 21 yaşlı oyunçu həmin dövrün inkişafında mühüm rol oynadığını söyləyib.
O, xüsusilə baş məşqçi Ayxan Abbasovun ona göstərdiyi etimadı vurğulayıb:
“Son iki ildə “Şamaxı” ilə çox yaxşı mövsüm keçirdim. Müntəzəm oynamaq futbolçunun inkişafına böyük təsir göstərir.
İnsan nə qədər çox oynayırsa, performansı da bir o qədər artır. İnkişafımda ən böyük rollardan biri də Ayxan Abbasov oldu.
Çünki heç kim güvənməyəndə, o, mənə inanaraq şans verdi. Buradan ona təşəkkürlərimi bildirirəm”.

